Direktor ərizə yazdı, işdən azad olundu

17 Sentyabr 2023 08:40 İngiltərə 1 019
Direktor ərizə yazdı, işdən azad olundu

Naxçıvan şəhəri, İlham Əliyev adına Olimpiya İdman Kompleksinin direktoru işdən azad olunub.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazirin vəzifələrini icra edən Məcid Seyidov əmr imzalayıb.

Əmrə əsasən, kompleksin direktoru Faiq Hacıyev öz ərizəsi əsasında işdən azad olunub.

Digər əmrlə Olimpiya İdman Kompleksinin direktoru vəzifəsi müvəqqəti olaraq müavin Ramin Talıbova həvalə edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR