"Tottenhem" Azərbaycan klubu ilə qarşılaşmaq istəmir

15 Avqust 2020 18:20 İngiltərə 1 751
"Tottenhem" Azərbaycan klubu ilə qarşılaşmaq istəmir

İngiltərə Premyer Liqasında 6-cı yeri tutan "Tottenhem" Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Sportinfo.az xəbər verir ki, xarici KİV London klubunun qrupa gedən yolda şanslarını dəyərləndirib.

Həmkarlarımız Joze Mourinyonun yetirmələri üçün arzuolunan və arzuolunmaz rəqibləri sıralayıb. Maraqlıdır ki, ingilislər "Tottenhem"in III mərhələdə Azərbaycan təmsilçiləri ilə qarşılaşmasını istəmir.

Bu, heç də klublarımızın gücü ilə bağlı deyil. Premyer Liqa komandası uzun səfər ehtimalını nəzərə alaraq, Azərbaycan və Ukrayna təmsilçilərinə rəqib olmağı arzulamır.

"Tottenhem" artıq bir dəfə Azərbaycan klubu ilə üz-üzə gəlib. Həmin qarşılaşmalar Avropa Liqasının qrup mərhələsinə təsadüf edib. Belə ki, londonlular "Qarabağ"a evdə 3:1, Bakıda isə 1:0 hesabıyla qalib gəlib.

Azərbaycanı Avropa Liqasında təmsil edən "Neftçi", "Keşlə" və "Sumqayıt" I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!