"Arsenal"lını ala bilməsələr, millimizin üzvünü transfer edəcəklər

12 Avqust 2020 12:30 İngiltərə 1 221
"Arsenal"lını ala bilməsələr, millimizin üzvünü transfer edəcəklər

"Koventri" "Vulverhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşovu yenidən gündəminə alıb.

Sportinfo.az "Vavel" nəşrinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi "Arsenal"ın gənc oyunçusu Ben Şiflə razılaşa bilməsə, "Vulverhempton"dan Renat Dadaşov və Ouen Otasoviyə yönələcək. Klub Dadaşovu icarəyə götürmək niyyətindədir.

Daha əvvəl Britaniya mətbuatı "Koventri"nin Renat Dadaşov üçün "Vulverhempton"lə razılığa gələ bilmədiyini yazıb. 21 yaşlı hücumçu 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ əsas komandada debüt etməyib.

Digər Xəbərlər
Xəbər Lenti