"Mən həmin an dərhal anladım ki, biz uduzacağıq" - SƏRT İTTİHAM

4 Avqust 2020 10:24 İngiltərə 997
"Mən həmin an dərhal anladım ki, biz uduzacağıq" - SƏRT İTTİHAM

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi Çempionlar liqasının finalında “Barselona” ilə keçirdikləri iki oyundan danışıb.

Onun sözlərinə görə, “qırmızı şeytanlar” Kataloniya klubuna Aleks Ferqyüssonun taktiki səhvlərinə görə uduzublar.

“Yadımdadır, o bizə dedi ki, “Barselona”ya pressinq tətbiq etmək lazımdır. Ferqyüsson deyirdi ki, bu, “Yunayted”in qanındadır. Mən həmin an dərhal anladım ki, biz uduzacağıq. Ona görə ki, Qvardiolanın “Barselona”sına qarşı bu üslubda oynamaq əsl intihar idi”.

“Mançester Yunayted” kataloniyalılara Çempionlar liqasının finalında iki dəfə məğlub olub. Bu, 2009 və 2011-ci illərdə baş verib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM