"Yaxın vaxtda yeni klubumla bağlı qərar verəcəm"

3 Avqust 2020 01:52 İngiltərə 766
"Yaxın vaxtda yeni klubumla bağlı qərar verəcəm"

Mövsümün sonunda “Tottenhem”dən ayrılan Yan Vertongen açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu, London klubundan ayrılması və gələcək karyerası ilə bağlı bunları deyib:

“Tottenhem”də möhtəşəm vaxt keçirdim və bir çox dost qazandım. Ordakı karyeram daha uzun müddət davam edə bilərdi, amma artıq bu yolun bitməsinin vaxtı gəlmişdi. Komanda yoldaşlarım üçün darıxacam.

Düşünürəm ki, yaxın vaxtda yeni klubumla bağlı qərar verəcəm. Variantları düşünürəm və yaxşı bir seçim etməyə çalışıram. Transfer pəncərəsi bu il daha uzun müddət davam edəcək və ən yaxşı seçimə qərar vermək üçün vaxtım çox olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da