"Barselona"nın müdafiəçisi rəsmən Premyer Liqa klubunda

2 Sentyabr 2023 00:10 İngiltərə 1 168
"Barselona"nın müdafiəçisi rəsmən Premyer Liqa klubunda

"Aston Villa" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Birmingem təmsilçisi "Barselona"dan Klemen Lanqleni icarəyə götürüb. .

Fransalı mərkəz müdafiəçisi 2023/2024 mövsümünü icarə əsasında Premyer Liqa təmsilçisinin heyətində keçirəcək.

"Barselona" Klemen Lanqleni 2018-ci ilin yayında "Sevilya"dan ntransfer edib. Fransalı arxa xətt oyunçusu son mövsümü icarə əsasında "Tottenhem"də keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR