"Mançester Siti"ə 52 milyon avro ödədi - Bu transfer üçün

2 Sentyabr 2023 00:00 İngiltərə 856
"Mançester Siti"ə 52 milyon avro ödədi - Bu transfer üçün

"Çelsi" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Koul Palmeri transfer edib.

"Çelsi" ingilis vinger üçün Mançester təmsilçisinə 50 milyon avro təzminat ödəyib. 21 yaşlı ön xətt oyunçusu yeni klubu ilə 2023-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Koul Palmer "Mançester Siti"nin yetirməsidir. İngiltərə U-21 millisinin üzvü "şəhərlilər"in əsas komandasının heyətində meydana çıxdığı 41 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti