İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales istefa verib.
Sportinfo.az xəbər verir ki, o, qadınlar arasında dünya çempionatının qalibi Cennifer Hermosonu öpdüyünə görə şiddətlənən tənqidlərdən sonra vəzifəsindən gedib.
Bu barədə L.Rubiales X hesabında yaydığı məktubda məlumat verib.
İspaniya Kral Futbol Federasiyası da (RFEF) Rubialesin İspaniya Futbol Federasiyasınnı rəhbəri və UEFA-nın vitse-prezidenti vəzifələrindən istefa verdiyini təsdiqləyib.
Luis Rubiales qadınlar arasında keçirilən dünya çempionatının qalibi olan İspaniya millisinin üzvü Cennifer Hermosonu dodaqlarından öpmüşdü.

