"Liverpul"dan "Zenit"ə keçir - maaşı 2,5 milyon avro olacaq

25 İyul 2020 09:56 İngiltərə 816
"Liverpul"dan "Zenit"ə keçir - maaşı 2,5 milyon avro olacaq

"Zenit" "Liverpul"un futbolçusu Deyan Lovreni transfer etmək üzrədir.

Sportinfo.az xəbər verir ki, "qırmızılar" Rusiya klubunun 11 milyon funt-sterlinqlik təklifini qəbul edib.

Növbəti həftə 31 yaşlı müdafiəçinin Sankt-Peterburq təmsilçisinə transferi tamamlanacaq. Lovren 2+1 illik müqavilə imzalayacaq. Onun illik maaşı 2,5 milyon avro olacaq.

"Liverpul" xorvatiyalı oyunçunu 2014-cü ildə "Sauthempton"dan 20 milyon funt-sterlinqə transfer edib. Mersisaydlılarda 185 oyun keçirən Lovren Premyer Liqa, Çempionlar Liqası, UEFA Super kuboku və klublararası dünya çempionatının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti