“Mançester Siti”nin vingeri Rahim Sterlinq “Real”da peyda ola bilər.
Sportinfo.az xəbər verir ki, “Adidas” Sterlinqə fantastik müqavilə təklif edib.
Rahimin “Naik” kompaniyası ilə müqaviləsi iyulun 31-də başa çatır.
“Adidas” Sterlinqə illik 11 milyon avro müqavilə təklif etməklə onun “Real”a keçidini təmin etmək istəyir. Məhz “Adidas” 2003-cü ildə Devid Bekhemin “Mançester Yunayted”dən “Real”a transferini həll etmişdi.
Məlumata görə, “Real” rəhbərliyi Rahimin xidmətində maraqlıdır, amma hazırkı maliyyə şərtləri ilə onu transfer etmək iqtidarında deyil.

