Millimizin forvardı üçün gələn təklifi bəyənmədilər

23 İyul 2020 11:48 İngiltərə 1 655
Millimizin forvardı üçün gələn təklifi bəyənmədilər

"Birmingem Siti" "Vulverhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov üçün rəsmi təklif göndərib.

Sportinfo.az "Dailymail" nəşrinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarə əsasında heyətinə qatmaq istəyib.

Hətta tərəflər arasında görüş də baş tutub, lakin klublar ortaq məxrəcə gələ bilməyiblər.

Digər Çempionşip təmsilçisi "Koventri" də Renat Dadaşovla maraqlanır. Hücumçu 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ ki, əsas komandada debüt etməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti