İngiltərə Premyer Liqasına vəsiqə qazanan 2-ci komanda müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Çempionşipin sonuncu - 46-cı turunda evdə KPR ilə 2:2 hesablı heç-heçə edən "Vest Bromviç" yenidən elitaya yüksəlib.
Komanda 83 xalla mövsümü 2-ci yerdə bitirib. Xorvatiyalı çalışdırıcı Slaven Biliçin rəhbərlik etdiyi komandanın ən yaxın izləyicisi "Brentford" "Barnsli"yə uduzduğu (1:2) üçün 2-ci pilləni tuta bilməyib.
Premyer Liqaya daha öncə "Lids" yüksəlmişdi. 3-cü vəsiqənin sahibi pley-off oyunlarından sonra bilinəcək. Pley-offda "Brentford", "Fulhem", "Kardiff" və "Suonsi" mübarizə aparacaq.

