İngiltərə Federasiya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə “Arsenal” “Mançester Siti” ilə qarşılaşıb.
London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb. Digər finalçının adına “Mançester Yunayted” – “Çelsi” görüşündə aydınlıq gəlib. Dörd qolun qeydə alındığı bu görüşdə isə qələbəni qonaqlar bayram ediblər.
Beləliklə, avqustun 1-də keçiriləcək final görüşündə iki paytaxt klubu - “Arsenal”la “Çelsi” üz-üzə gələcək.
"Mançester Yunayted" – "Çelsi" 1:3
Qol: B.Fernandes, 85-pen – Jiru, 45+11. Mount, 46. Maquayr, 74-öz qapısına.

