"Qoy, bunu üzümə desinlər, arxamca danışmasınlar”

16 İyul 2020 19:02 İngiltərə 428
"Qoy, bunu üzümə desinlər, arxamca danışmasınlar”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsüm barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Qvardiola İdman Arbitraj Məhkəməsinin qərarına da növbəti dəfə münasibət bildirib.

O, klub prezidentinin cari mövsümdəki nəticəyə görə ondan narazı olduğunu vurğulayıb: “Mən nəyə görəsə üzr istəmək niyyətində deyiləm. Bağışlayın, uşaqlar, MS üzr istəməməlidir. Qərarı 3 müstəqil hakim verib.

Əlbəttə, mən öz klubumu müdafiə edəcəyəm. Amma klubda yaşananlara da tənqidi münasibət göstərirəm. Ancaq komandanın daxilində nəsə xoşuma gəlmirsə, bunu prezidentlə müzakirə edirəm.

Onu da deyim ki, prezident məndən razı deyil. “Liverpul”dan xeyli geri qaldıq. O, məndən razı deyil, amma biz bunu daxildə müzakirə edirik ki, növbəti mövsüm hər şeyi meydanda sübut edə bilək. Kimlərsə nəsə deyirlərsə, qoy bunu üzümə desinlər, arxamca danışmasınlar”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı