“Mançester Yunyated” kimlərin gedəcəyini müəyyənləşdirib

16 İyul 2020 11:20 İngiltərə 653
“Mançester Yunyated” kimlərin gedəcəyini müəyyənləşdirib

“Mançester Yunyated”yay transfer dönəmində hansı futbolçularla yolu ayıracağını müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, komandanı 6 futbolçunun tərk edəcəyi gözlənilir.

Baş məşqçi Ule-Qunnar Sulşer bu futbolçuların – Markos Roxo, Kris Smollinq, Fil Cons, Dioqu Dalot, Cessi Linqard və Aleksis Sançesin xidmətində maraqlı olmadığını rəhbərliyə bildirib.

MY rəhbərliyi bu futbolçuların gedişindən pul qazanmağı planlaşdırır. Klub, əldə olunan vəsait hesabına Dortmund “Borussiya”sının futbolçusu Ceydon Sançonu almaq niyyətindədir.

Smollinqlə Sançes icarə əsasında İtaliyada çıxış edirlər. “Roma” və “İnter”in onların müqavilə hüququnu almaq istədikləri bəlli deyil.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"