Mourinyo Klopu nişan verdi: "Klub üçün çalışıram, özümü düşünmürəm"

12 İyul 2020 10:00 İngiltərə 635
Mourinyo Klopu nişan verdi: "Klub üçün çalışıram, özümü düşünmürəm"

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis London klubundakı fəaliyyəti və mümkün istefası haqqında danışıb:

“Yurgen Kloppun “Liverpul”da uğurlu olmaq üçün nə qədər vaxta ehtiyacı oldu? Dörd il, dörd mövsüm. Bu müddətdə onlar dünyanın ən yaxşı qapıçısını və müdafiəçisini transfer etdilər.

“Tottenhem”lə üç illik müqaviləm var və bu üç il müddətində titul qazanacağımıza inanıram. Klub üçün çalışıram, özümü düşünmürəm. Komandada dəyişikliyə ehtiyacımız var, amma bunun üçün keçən yaydakı kimi böyük məbləğdə pullara ehtiyacımız yoxdur”.

“Tottenhem” Premyer Liqada 34 turdan sonra 9-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti