Məşhur jurnalist azərbaycanlı haqda: "Əsl hücumçu olacaq"

6 İyul 2020 12:58 İngiltərə 926
Məşhur jurnalist azərbaycanlı haqda: "Əsl hücumçu olacaq"

"Onu yaxından görənlər yalnız "Vulverhempton"un U-23 komandasının oyunlarını stadiondan izləyən qatı azarkeşlərdir".

Sportinfo.az xəbər verir ki, bunu "Birmingem Mail" nəşrinin "Vulverhempton" üzrə müxbiri Aleks Diken "coventrytelegraph.net" saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun "Koventri"yə mümkün keçidi barədə danışarkən deyib.

21 yaşlı hücumçunun cari mövsümün ilk yarısını Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirdiyini xatırladan ekspert onun kifayət qədər güclü bədənə sahib olduğunu bildirib:

"Böyük ehtimalla, əsl cərimə meydançası hücumçusu olacaq. Çünki enerjisindən düzgün yararlanır və əlavə güc sərf etmir. Çox sürətlidir, dar sahədə ayaqla yaxşı oynaya bildiyini dəfələrlə göstərib".

Dadaşovun qış fasiləsində "Birmingem Siti"dən təklif aldığını söyləyən Diken onun təklifi qəbul etməməklə doğru addım atdığını vurğulayıb: "Yaxşı tanıdığı və özünü rahat hiss etdiyi komandada futboldan zövq almağa üstünlük verdi.

Renat yüksək səviyyədə futbol oynamasa da, göstəriciləri çox yaxşıdır. Azərbaycan millisini seçməmişdən əvvəl Almaniyanın aşağı yaşlılar üzrə yığmalarında özünü yaxşı tərəfdən göstərməyi bacarıb".

Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Forvard hələ əsas komandada debüt etməyib.

Digər Xəbərlər
Xəbər Lenti