100 ən yaxşı futbolçudan biri Azərbaycan klubunda, biri də…

6 İyul 2020 10:24 İngiltərə 680
100 ən yaxşı futbolçudan biri Azərbaycan klubunda, biri də…

“İndependent” nəşri 1992-ci ildən İngiltərə Premyer Liqasında çıxış edən ən yaxşı futbolçuların siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, onların arasında Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd, “Mançester Yunayted”in əfsanəvi yarımmüdafiəçisi Roy Kinin də adı var.

İrlandiyalı veteran oyunçu 100 nəfər arasında ilk “10-luğ”a düşməyi bacarıb. 49 yaşlı mütəxəssis 4-cü pillədə qərarlaşıb. Karyerasını hazırda “Səbail”də davam etdirən “Çelsi”nin sabiq futbolçusu Maykl Esyen isə 62-ci sırada yer alıb.

Siyahıya “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri başçılıq edir. Hazırda “Yuventus”un formasını geyinən “Mançester Yunayted”in keçmiş üzvü Kriştianu Ronaldo 2-ci, onun Mançester klubundakı sabiq komanda yoldaşı, Uels millisinin baş məşqçisi Rayan Giqqz isə 3-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti