İngiltərə klubu millimizin futbolçusunu icarəyə götürmək istəyir

4 İyul 2020 10:24 İngiltərə 1 574
İngiltərə klubu millimizin futbolçusunu icarəyə götürmək istəyir

"Koventri" "Vulverhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla maraqlanır.

Sportinfo.az "Coventrytelegraph" nəşrinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir.

Dadaşovun baş məşqçi Mark Robinsin diqqətində olduğu bildirilib.

Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"a keçib və klubla 4 illik müqavilə imzalayıb. Forvard hələ ki, əsas komandada debüt etməyib. Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!