“Arsenal” “Norviç Siti”ni darmadağın etdi - VİDEO

2 İyul 2020 01:24 İngiltərə 1 146
“Arsenal” “Norviç Siti”ni darmadağın etdi - VİDEO

İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Arsenal” “Norviç Siti”ni qəbul edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin böyük üstünlüyü – 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Pyer-Emerik Obameyanq meydan sahiblərinin qələbəsinin əsasını qoyub.

Dörd dəqiqə sonra Qranit Caka hesabı 2:0-a çatdırıb. Matçın 67-ci dəqiqəsində Obameyanq dubl edib - 3:0. Nəhayət oyunun 87-ci dəqiqəsində Sedrik sonuncu qolu qonaqların qapısından keçirib - 4:0.

Digər Xəbərlər
Xəbər Lenti