"İndi həzz alırıq, Lionel Messi və Ronaldonu tam başa düşmürük"

21 Aprel 2024 00:10 İngiltərə 815
"İndi həzz alırıq, Lionel Messi və Ronaldonu tam başa düşmürük"

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro Kriştiano Ronaldonun ötən mövsüm vurduğu qollar haqqında danışıb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu, Ronaldonun futbolda nə etdiyini hələ dərk etmədiyini bildirib:

“İndi biz həzz alırıq. Lionel Messi və Ronaldonu tam başa düşmürük. Kriştianonun futbolda nə etdiyini hələ dərk etmirik.

O, 2023-cü ildə 50 qol vurub. Belə bir futbolçu haqqında nə deyə bilərsiz?!”

Ronaldo “Əl-Nəsr”in heyətində, Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. 39 yaşlı forvard cari mövsümdə 25 oyun keçirib. O, bu matçlarda 29 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda