"Tottenhem"in baş məşqçisi Joze Mourinyo klub rəhbərliyinə transfer planları haqda danışıb.
Sportinfo.az xəbər verir ki, 57 yaşlı mütəxəssis növbəti mövsüm üçün 5 yeni transfer istədiyini bildirib.
Portuqaliyalı çalışdırıcı hesab edir ki, yeni oyunçular komandanın yüksək yerlər uğrunda mübarizə aparmasına kömək edəcək.
"Tottenhem" hazırda İngiltərə Premyer Liqasında 45 xalla 7-ci pillədə qərarlaşıb.

