"Özümü itirmişəm": Göz yaşlarını saxlaya bilmədi - VİDEO

26 İyun 2020 14:22 İngiltərə 620
"Özümü itirmişəm": Göz yaşlarını saxlaya bilmədi - VİDEO

"Liverpul"un baş məşqçisi Yurgen Klopp 30 il sonra Premyer Liqada çempion olmaları barədə danışıb.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis zəfərə layiq olduqlarını deyib:

"Çempionluğu qeyd etmək çox önəmlidir. Çünki bu anlar unudulmur. Mövsüm ərzində gözəl anlarımız olub. Çempionluğu qeyd edəcəyik. Yaşadığımız günlər çox çətindir, amma bir yerə toplaşmağımız vacibdir".

Alman mütəxəssis "Liverpul"un 19-cu çempionluğunu komandanın keçmiş futbolçuları - Kenni Dalqliş və Stiven Cerrarda həsr etdiklərini söyləyib:

"Həqiqətən də inanılmazdır. Gözlədiyimdən daha artığını etdik. Özümü hazırda itirmişəm. Kenni Dalqlişin bizi necə dəstəklədiyini bilirəm. Bu çempionluq onun üçündür. 30 il bu anı gözləyib. Bundan əlavə, bu uğuru Cerrarda da həsr edirik. O da uzun müddət gözlədi".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!