Premyer Liqa klubu Renatın "yolunun üstünü təmizləyir"

25 İyun 2020 12:30 İngiltərə 775
Premyer Liqa klubu Renatın "yolunun üstünü təmizləyir"

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Vulverhempton" daha bir futbolçusu ilə bağlı qərarını verib.

Sportinfo.az xəbər verir ki, Leo Bonatini gələn mövsüm də Premyer Liqa təmsilçisinin heyətində yer almayacaq.

Hazırda icarə əsasında "Gimaraeş"də çıxış edən braziliyalı forvardı Portuqaliya klubu saxlamaq niyyətində deyil. Həmçinin "Vulverhempton"un baş məşqçisi Nuno Eşpirito Santo da 26 yaşlı oyunçunun qaytarılmasını istəmir.

Portuqaliyalı mütəxəssis gələn mövsüm ixtiyarında 3 ön xətt oyunçunun olmasını qətiləşdirib. O, komandadan getməyəcəyi təqdirdə Raul Ximenes, həmçinin Renat Dadaşov və Leonardo Kampanya ilə yeni mövsümə başlamağı planlaşdırır.

"Vulverhempton" hazırda 46 xalla Premyer Liqada 6-cı pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"