İngiltərə klubunun stadionunda Ben Ladenin portreti peyda oldu - FOTO

25 İyun 2020 01:38 İngiltərə 670
İngiltərə klubunun stadionunda Ben Ladenin portreti peyda oldu - FOTO

İngiltərə Çempionşipində çıxış edən "Lids" qalmaqalla üzləşib.

"ağlar"a məxsus "Elland Roud" stadionunda terrorçu "Əl-Kaida" təşkilatının lideri Usama Ben Ladenin portreti peyda olub.

Klub dərhal Ben Ladenin fotosunu tribunadan götürüb və bir daha təhqiramiz təsvirlərin yer almasına imkan verməyəcək.

Çempionşipin oyunları koronavirus pandemiyası üzündən azarkeşsiz keçirilir. Klublar fanatlara özləri və ya yaxınlarının fotolarını yerləşdirməyi təklif ediblər.

Digər Xəbərlər
Xəbər Lenti