“Bu iyrəncliyi görmək ağır idi, qadağa qoyacağıq” - FOTO

24 İyun 2020 15:18 İngiltərə 886
“Bu iyrəncliyi görmək ağır idi, qadağa qoyacağıq” - FOTO

“Bernli”nin baş direktoru Nil Hart “Mançester Siti” ilə oyunda yaşanan insident barədə danışıb.

Sportinfo.az xəbər verir ki, oyundan əvvəl stadionun üzərindən uçan təyyarədən “Qaraların həyatı vacibdir” banneri açılıb.

Bunun ardınca isə “Bernli” azarkeşləri “Ağların həyatı vacibdir” bannerini açıblar. Baş direktor bu hadisəni iyrənclik adlandırıb: “Stadionun tribunasından bu iyrəncliyi görmək ağır idi. Biz futbolçularımızla, məşqçilərimizlə həmrəyik və diskriminasiyanın istənilən formasına qarşıyıq.

Hesab edirəm kii, “iyrənc” ifadəsi həmin hadisənin mahiyyətinə tam uyğun gəlir. Məsələ ilə bağlı hakimiyyətlə əməkdaşlıq edirik. Bu aksiyanı təşkil edənlərin kim olduğunu bilirik. Polis araşdırma aparır. Biz isə həmin şəxslərin ömürlük olaraq stadiona girişinə qadağa qoyacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti