"Bunlardan əl çəkməyəcəm"

21 İyun 2020 21:00 İngiltərə 571
"Bunlardan əl çəkməyəcəm"

“Şəxsən mən başa düşmürəm ki, niyə burada qapalı məkanlarda maska taxmağa 15 iyunda başlanıldı. Digər ölkələrdə 5-6 həftə qabaq bunu etdilər".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məqçisi Yurgen Klopp "Daily Mail"ə açıqlamasında deyib.

"Maskanın faydasının olub-olmamasını mübahisə etmək olar, ancaq bir şey də var ki, maska taxmağa daha tez başlayan ölkələrdə qurbanların sayı İniltərədəkindən azdır" - deyən almaniyalı mütəxəssis ölkəsi və İngiltərənin koronavirusla mübarizə üsulunu müqayisə edib.

O, Almaniyada məsələyə daha ciddi yanaşıldığını bildirib: "Almaniyada dükanlara maskasız girə bilməzsiniz. Maskanız varsa, dükanlarla yanaşı, digər qapalı məkanlarda da daxil ola bilərsiniz.

Görürsən ki, insanlar özlərini və ətrafını qorumağa çalışırlar. İngiltərədə yanacaqdoldurma məntəqsində maska və əlcəkdən istifadə edən təkcə mənəm, özümü yad kimi hiss edirəm. Kimsə koronavirus pandemiyasının tam bitdiyini deməyincə, bunlardan əl çəkməyəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı