“Mən olsaydım, onların avtobusa minmələrinə icazə verməzdim”

20 İyun 2020 21:20 İngiltərə 629
“Mən olsaydım, onların avtobusa minmələrinə icazə verməzdim”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin komandanın İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində “Tottenhem”lə 1:1 hesablı bərabərliyə razılaşdığı oyunla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, sabiq futbolçu “qırmızı şeytanlar”ın müdafiəçisi Harri Maquayr və qapıçısı David de Xeanın oyununu tənqid edib:

“Mən olsaydım, oyundan sonra onların avtobusa minmələrinə icazə verməzdim. Taksi ilə gedərdilər. Onlar başlarını utancla aşağı salmalıdır.

Maquayr məni çox təəccübləndirdi. Bu səviyyədəki milli komanda futbolçusunun oyunu məni şoka saldı. Qapıçı de Xea da həmçinin. Fasilədə onu vurardım”.

Digər Xəbərlər
Xəbər Lenti