"2-3 dəfə müqavilə təklif etdik, amma o, həmişə rədd etdi"

20 İyun 2020 01:38 İngiltərə 483
"2-3 dəfə müqavilə təklif etdik, amma o, həmişə rədd etdi"

“Mançester Siti”nin futbolçusu Leroy Sane “şəhərlilər”dən ayrılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasında deyib.

İspan mütəxəssis bildirib ki, 24 yaşlı yarımmüdafiəçi Mançester təmsilçisi ilə gələn ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaqdan imtina edib:

“Leroy müqaviləsini yeniləmək istəmədiyini bizə bildirdi. Bu o deməkdir ki, Sane ya bu yay, ya da müqaviləsi bitəndə klubdan ayrılacaq. Biz ona 2-3 dəfə müqavilə təklif etdik, amma o, həmişə rədd etdi. Sane başqa komandada oynayacaq".

Artıq Almaniya millisinin üzvünün yeni klubu da bəllidir. İtaliyalı jurnalist Fabritsio Romano Sanenin "Bavariya" ilə anlaşdığını yazıb. Keçidin bu yay baş tutacağı iddia olunur.

Leroy Sane 2016-cı ilin yayında Almaniya "Şalke"sindən "Mançester Siti"yə keçib. Onun bu klubla müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti