Koronavirusa yoluxan futbolçu “Tottenhem”ə qarşı oynayıb

15 İyun 2020 01:38 İngiltərə 807
Koronavirusa yoluxan futbolçu “Tottenhem”ə qarşı oynayıb

“Norviç”in bir futbolçusu koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Koronavirusa yoluxan futbolçunun adı açıqlanmır. Adı açıqlanmayan futbolçu, 7 günlük izolyasiyadan sonra yenidən test verəcək. Nəticə mənfi olsa, o, yenidən məşqlərə başlaya biləcək.

BBC, koronavirus aşkarlanan futbolçunun “Tottenhem”lə yoxlama matçında iştirak etdiyini bildirib. İyunun 12-də keçirilən matçda “Norviç” 2:1 hesabıyla qələbə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM