PSJ-nin kapitanı Premyer Liqa klubuna keçə bilər

14 İyun 2020 19:00 İngiltərə 836
PSJ-nin kapitanı Premyer Liqa klubuna keçə bilər

PSJ-nin braziliyalı müdafiəçisi Tyaqo Silva karyerasını İngiltərənin“Everton” futbol klubunda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşrinin jurnalisti Nikolo Skira “Twitter” səhifəsində məlumat verib.

“PSJ”nin idman direktoru Leonardo bundan əvvəl Silva və uruqvaylı hücumçu Edinson Cavaninin mövsümün sonunda klubdan ayrılacağını bildirmişdi.

Qeyd olunur ki, “Everton” 35 yaşlı braziliyalı ilə artıq danışıqlara başlayıb. Müqavilənin imzalanmasına təsir edə biləcək həlledici amil İngiltərə komandasının baş məşqçisi, 2011-2013-cü illərdə “PSJ”yə başçılıq edən italiyalı Karlo Ançelotti ola bilər.

Silva 2012-ci ildə “PSJ”yə İtaliyanın “Milan” futbol klubundan keçib, debüt mövsümündə komandanın kapitanı təyin edilib və Fransa çempionu olub.

Ümumilikdə, futbolçu parisialılar üçün 310 matçda oynayıb, 17 qol və 5 məhsulda ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti