“Hamıya benzin hədiyyə edib, mənə də kofe alsın”

12 İyun 2020 14:50 İngiltərə 722
“Hamıya benzin hədiyyə edib, mənə də kofe alsın”

“Liverpul”un ulduzu Məhəmməd Salah növbəti dəfə xeyirxah jesti ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, Salah bu dəfə avtomobili olanlara benzin hədiyyə edib.

Misirli hücumçu “Bentley” markalı avtomobili ilə yanacaqdoldurma məntəqəsinə gəlib.

O, həmin vaxt orda olan bütün avtomobillərə yanacaq hədiyyə edib. Salahın bu jestinə komanda yoldaşı Deyan Lovren zarafatyana reaksiya verib. O, “tvitter”də belə yazıb: “Eşitmişəm ki, Mo hamıya benzin hədiyyə edib. Bəlkə bir dəfə də mənə kofe alsın”.

Salahın bu jestinə “Liverpul” azarkeşləri də reaksiya veriblər. Sosial şəbəkələrdə “Mənim qəhrəmanım”, “Misir kralını sevirəm”, “Mən onu daha çox necə sevə bilərəm? O, çox sevimlidir” kimi paylaşımlar edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti