Çinlini istəyirlər, Azərbaycan millisinin hücumçusuna güvənmirlər

12 İyun 2020 12:16 İngiltərə 1 018
Çinlini istəyirlər, Azərbaycan millisinin hücumçusuna güvənmirlər

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Vulverhempton”un əsas komandasında forma geyinmək şansı azalmaqdadır.

Sportinfo.az xəbər verir ki, mövsümün sonunda qolçusu Raul Ximenesi satması gözlənilən Premyer Liqa təmsilçisi “Espanyol”lu U Leyə elçi düşüb.

“Vulverhempton” çinli forvardın transferi üçün ispaniyalılarla danışığa başlayıb. Futbolçu özü Barselona təmsilçisində qalmaq istəsə də, ingilislər 28 yaşlı oyunçu üçün “Espanyol”a sərfəli təklif göndərməyə hazırlaşır.

U Ley cari mövsüm 38 matçda iştirak edib, 7 qol, 1 assitlə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM