“Mançester Siti” ilə müqaviləsi iyunun sonunda başa çatacaq David Silva karyerasını Qətərdə davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, “Əl-Duhayl” 34 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Məlumatda, Silvanın 10 illik “Mançester Siti” karyerasından sonra komandadan ayrılaraq, Qətər təmsilçisinə qoşulacağı bildirilir. Silvaya İspaniya və ABŞ-dan da təkliflərin olmasına baxmayaraq, “Əl-Duhayl”ın təklif etdiyi maddi şərtlərin daha sərfəli olduğu vurğulanıb.
“Yuventus”un keçmiş futbolçusu Mario Mancukiç də “Əl-Duhayl”ın şərəfini qoruyur. David Silva 2010-cu ildən “Mançester Siti”nin formasını geyinir.

