“Flamenqo” Premyer Liqa klubunun təklifindən imtina etdi

8 İyun 2020 01:52 İngiltərə 679
“Flamenqo” Premyer Liqa klubunun təklifindən imtina etdi

“Flamenqo” Gerson Silva üçün “Tottenhem”dən təklif alıb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olan London klubu onun üçün “Flamenqo”ya 16 milyon funt-sterlinq təklif edib.

Lakin Braziliya klubu bu təklifdən imtina edib. Gerson da komandadan ayrılmaq niyyətində olmadığını, “Flamenqo”da inkişaf etmək istədiyini bildirib.

Klubla müqaviləsi 2023-cü ilin dekabrında başa çatacaq braziliyalı futbolçu, cari mövsümdə iştirak etdiyi 7 oyunda 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti