Premyer Liqada 5 əvəzetməyə icazə verildi

5 İyun 2020 09:42 İngiltərə 575
Premyer Liqada 5 əvəzetməyə icazə verildi

İngiltərə Premyer Liqası bərpa olunduqdan sonra komandalar oyun ərzində 5 əvəzetmədən yararlana biləcəklər.

Sportinfo.az xəbər verir ki, bununla bağlı qərar liqanın nümayəndələri ilə növbəti görüşdə qəbul olunub.

Həmçinin oyun vaxtı klubların ehtiyatdakı futbolçu sayını 7-dən 9-a yüksəltmələrinə icazə verilib. Bu qayda cari mövsümün sonunadək tətbiq olunacaq.

İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti