"Bu hərəkətdən sonra ondan xoşum gəlmir”

3 İyun 2020 12:58 İngiltərə 558
"Bu hərəkətdən sonra ondan xoşum gəlmir”

“Liverpul”un 17 yaşlı futbolçusu Harvi Elliot Serxio Ramosla görüşməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, Harvi 1018-ci ildə “Fulhem”də çıxış edərkən, onunla böyük klublar maraqlanırmış.

“Real”da istedadlı futbolçuya ciddi maraq göstərib. Buna görə də onu Madridə dəvət ediblər. Ona stadionu göstərərkən paltardəyişmə otağında Ramosun forması da olub.

Futbolçudan kapitanla görüşmək istəyib-istəmədiyini soruşublar. O isə belə cavab verib: “Yox, çox sağ olun. Məhəmməd Salaha qarşı etdiyi hərəkətdən sonra ondan xoşum gəlmir”.

2019-cu ildə Harvi yenidən “Liverpul”dadır. 2018-ci ildə Çempionlar Liqasının finalında Ramos Salahı zədələmişdi və misirli oyunun əvvəlində meydanı tərk etmək məcburiyyətində qalmışdı.

Digər Xəbərlər
Xəbər Lenti