Meydanın mərkəzində diz çöküb, polis vəhşiliyinə etiraz etdilər

2 İyun 2020 00:28 İngiltərə 556
Meydanın mərkəzində diz çöküb, polis vəhşiliyinə etiraz etdilər

“Liverpul” ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümünə biganə qalmayıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa nəhənginin futbolçuları məşq zamanı meydanın mərkəzində diz çökərək irqçiliyə və polis vəhşiliyinə etiraz ediblər.

Bu görüntünü sosial şəbəkə hesabında yayan klubun mətbuat xidməti “Birlik qüvvətdir” sözlərini də qeyd edib.

ABŞ-da Corc Floydun ölümündən bəri əksər ştatlarda etiraz aksiyaları keçirilir və idman ictimaiyyətindən də arabir belə dəstək cəhdləri gəlir.

Digər Xəbərlər
Xəbər Lenti