"Qvardiola ilə məşq etmək universitetə getmək kimi bir şeydir"

26 May 2020 22:20 İngiltərə 933
"Qvardiola ilə məşq etmək universitetə getmək kimi bir şeydir"

"Çelsi"nin qapıçısı Villi Kabalyero "Mançester Siti"də Pep Qvardiola ilə çalışdığı günləri xatırlayıb.

Sportinfo.az xəbər verir ki, argentinalı qapıçı ispan mütəxəssisi böyük məşqçi adlandırıb:

"Qvardiola ilə məşq etmək, universitetə getmək kimi bir şeydir. Bir il "şəhərlilər"də onun rəhbərliyi altında çıxış etdim. Hər gün ondan yeni şeylər öyrəndim.

Bu, videoları izlədiyiniz zaman və ya şəxsən sizə bir şey izah edəndə meydanda yaşanır. Mənim kimi yaşı çox olan və ya 18 yaşlı futbolçunu çalışdırmaqda problem yaşamır. Mükəmməl xarakterə sahib məşqçidir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM