"Bazaya qayıtmaq çox xoş idi"

20 May 2020 20:20 İngiltərə 522
"Bazaya qayıtmaq çox xoş idi"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp koronavirusdan sonra klubun bazasında ilk məşqlə bağlı fikirlərini bildirib.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bazaya yenidən qayıtmağın xoş olduğunu deyib:

"Səhər yaxşı başladı. Mən həmişəkindən daha tez oyandım və sonra bunun ilk iş günüm olduğunu başa düşdüm. Məktəbdəki ilk gün kimi idi. 46 il əvvəl məktəbə getmişdim, amma bu gün həmin vaxtla çox oxşar idi. Yenidən formanı geyindim və məşqə getdim.

Futbolçuları görəndə çox sevindim. Düzdür, bütün oyunçuları görmədim. Onların hamısı yaxşı əhval-ruhiyyədədir. Bazaya qayıtmaq çox xoş idi".

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq