"Ailəmin sağlılığı cibimdəki puldan daha vacibdir” - FOTO

20 May 2020 11:34 İngiltərə 578
"Ailəmin sağlılığı cibimdəki puldan daha vacibdir” - FOTO

“Uotford”un futbolçusu Troy Dini koronavirusa görə məşqlərə başlamaq istəmir.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun kapitanı yerli mətbuata açıqlama verib:

“Məşqlərə başlanılmasına icazə verildi, ancaq mən bunu etməyəcəm. Başa düşə bilmirəm, saçlarımızı kəsdirə bilmərik, ancaq 19 nəfərlə meydanda məşq edə bilərik? Virusun təhlükəsi hələ keçməyib, niyə riskə getməliyəm?

Virusun yayılması üçün onun bir nəfərə yoluxması kifayətdi. Mən virusu evə gətirmək istəmirəm. Oğlum 5 aylıqdı və nəfəs almasında problem var. Onu təhlükəyə atmayacağam. Bunu məndən tələb edə bilməzlər. Mənim üçün əziz olan insanları itirmişəm. Ailəmin sağlılığı cibimdəki puldan daha vacibdir”.

İngiltərədə Premyer Liqa klublarına kollektiv məşqlərə başlamağa icazə verilib. Çempionatın isə iyunun 12-də başlayacağı ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada