Premyer Liqa futbolçusu Parisə getdi, seks partisi təşkil etdi

17 May 21:40 İngiltərə 324
Premyer Liqa futbolçusu Parisə getdi, seks partisi təşkil etdi

İngiltərə Premyer Liqasında çıxış edən bir futbolçu xüsusi təyyarə ilə Parisə gedərək, seks partisi təşkil edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, adı açıqlanmayan futbolçunun minimum 15 nəfərdən ibarət olan bir parti keçirdiyi bildirilib.

Futbolçunun bir restoran icarəyə götürdüyü və qonaqları ora dəvət etdiyi deyilir. Partidə narkotik satıcısı olan bir şəxs də iştirak edib. Lakin futbolçunun narkotik maddələrdən istifadə edib-etmədiyi bilinmir.

Futbolçu restoran işçiləri tərəfindən cinsi əlaqədə olduğu ehtimal olunan bir qızla liftdən çıxarkən görünüb.

Futbolçunun artıq İngiltərəyə qayıdıb, klubluyla məşqlərə başladığı bildirilir. Ancaq karantin qaydalarını pozan naməlum futbolçu haqqında araşdırma aparılır.

Bir müddət əvvəl “Mançester Siti”nin futbolçusu Kayl Uolker seks partisi təşkil etmiş, daha sonra klubdan və ictimaiyyətdən üzr istəmişdi.

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?