Dadaşovun komanda yoldaşı evində əyləncə təşkil etdi - VİDEO

13 May 11:06 İngiltərə 93
Dadaşovun komanda yoldaşı evində əyləncə təşkil etdi - VİDEO

"Vulverhempton"un U-23 komandasının futbolçusu Morqan Gibs-Uayt karantin qaydalarına əməl etməyib.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi izolyasiya qaydalarını pozaraq evində əyləncə təşkil edib və görüntüləri sosial şəbəkədə paylaşıb.

Məclisdə ölkədə yayımlanan realiti-şou iştirakçıları ilə yanaşı, onlarla insan iştirak edib.

Bir müddət öncə koronavirusla mübarizə çərçivəsində #evdəqal aksiyasına qoşulan ingiltərəli oyunçunun hərəkəti birmənalı qarşılanmayıb. Buna görə tənqid hədəfinə çevrilən Gibs-Uayt videonu silmək məcburiyyətində qalıb.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da "Vulverhempton"un U-23 komandasının üzvüdür.

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?