Mourinyo səhvini etiraf etdi

9 Aprel 2020 09:42 İngiltərə 489
Mourinyo səhvini etiraf etdi

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo bir neçə oyunçusu ilə parkda məşq edərkən yaxalanıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssislə birgə hazırlıq keçən futbolçuların Tanqay Ndombele, Rayan Sessenyon və Davinson Sançes olduğu müəyyənləşib.

İngiltərədəki karantin qaydaları insanların gəzintiyə çıxmalarına və ya gündə bir dəfə açıq havada məşqlər etmələrinə imkan verir. Lakin bu zaman insanlar bir-birilərindən iki metr məsafədə olmalıdılar. Amma oyunçuların bu tövsiyəyə bir neçə dəfə məhəl qoymadıqları diqqətdən yayınmayıb.

Artıq Mourinyo sözügedən məsələ ilə bağlı açıqlama verib. O, parkda qrup halında məşq keçməklə səhv etdiyini etiraf edib. Portuqaliyalı mütəxəssis bununla bağlı deyib:

"Hərəkətlərimin dövlət protokoluna uyğun olmadığını qəbul edirəm. Təkcə ailəmizlə təmasda olmalıyıq. Hər kəs hökumətin tövsiyələrinə əməl etməlidi. Səhiyyədə çalışan qəhrəmanlarımızı dəstəkləməli və hamımız həyat xilas etmək üçün üzərimizə düşəni etmək məcburiyyətindəyik".

"Tottenhem” İngiltərə Premyer Liqasında 29 oyundan 41 xalla 8-ci pillədə qərarlaşıb. Çempionatın bərpası koronavirusa görə qeyri-müəyyən müddətədək təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi