"Milyonlar qazanan klub hökümətə niyə müraciət edir ki?"

6 Aprel 22:40 İngiltərə 152
"Milyonlar qazanan klub hökümətə niyə müraciət edir ki?"

"Liverpul" koronavirus pandemiyasına görə işçilərini istirahətə yollayıb.

Sportinfo.az xəbər verir ki, "qırmızılar" əməkdaşlarının maaşını ödəmədən tətilə göndərib.

Klub işçilərinin məvacibinin ödənilməsi üçün hökümətə müraciət edib. Klubun bu qərarını komandanın sabiq kapitanı Ceymi Karraqer sərt tənqid edib:

"Klopp koronavirusun ilk günlərində həssas idi. Futbolçuların maaşlarının azaldılması barədə müzakirələr var. Klub bu qərarlar hörmət və nüfuzunu itirir. Zavallı "Liverpul".

Klubun bir işçisi "BBC Sport"a "Liverpul"un işçilərə qarşı doğru addım atmadığını deyib: "Liverpul" işçiləri bir ailə kimi gördüyünü deyirdi. Mən bunu hiss etmədim. Milyonlar qazanan klub hökümətə niyə müraciət edir ki? Digər klubların, şirkətlərin buna ehtiyacı daha çoxdur. Dövlət proqramı ağır duruma düşənlərə lazımdır".

Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi