“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka klub rəhbərliyi ilə yeni müqavilə haqda razılığa gəlməyə yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər demək olar ki, razılığa gəliblər.
Yeni müqaviləyə əsasən, 24 yaşlı futbolçunun həftəlik maaşı təxminən 343 min avro olacaq və bu, onu komandanın ən çox qazanan oyunçusu edəcək.
Yarımmüdafiəçinin “Arsenal”la müqaviləsi beş il müddətinə uzadılacaq.
Sakanın London klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, bu mövsüm 10 oyunda meydana çıxıb və 3 qol vurub.

