Futbolçuların xanımlarından xahiş etdi ki...

1 Aprel 2020 19:35 İngiltərə 709
Futbolçuların xanımlarından xahiş etdi ki...

“Mançester Yunayted”in baş məşqçisi Ule-Qunnar Sulşer karantin müddətində futbolçuların məşq prosesi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Sulşer futbolçulara xüsusi tapşırıqlar verdiyini bildirib. O, oyunçularının məşq etməsi üçün onların həyat yoldaşlarına da xahişlə müraciət edib:

“Futbolçularımızın individual məşq və dieta proqramları var. Onlar bu müddətdə faydalı olan hər şeydən yararlana bilərlər. Bir müddət əvvəl mən bağda uşaqlarımla məşq edirdim. Bir sıra məşq növlərini sınaqdan çıxardıq.

Bizim futbolçular da belə edə bilərlər. Onların hamsının evində bunun üçün şərait var. Mən futboçuların xanımlarından xahiş edirəm ki, onlara məşqlərdə kömək etsinlər, ötürmə versinlər, topa zərbə vursunlar”.

Digər Xəbərlər
Xəbər Lenti