Paytaxt klubunun koronavirusa yoluxan baş məşqçisi sağaldı

24 Mart 2020 11:20 İngiltərə 467
Paytaxt klubunun koronavirusa yoluxan baş məşqçisi sağaldı

Koronavirus pandemiyasına yoluxaraq, karantinə alınan “Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Sportinfo.az xəbər verir ki, xeyli müddət idi karantində olan, artıq tam sağalan mütəxəssis, hazırkı vəziyyəti ilə bağlı danışıb:

“Pandemiyaya görə test verdim və növbəti gün virusa yoxulduğumu bildirdilər. Bunu Premyer Liqa rəhbərliyinə bildirdik, çünki mənimlə təmasda olan hər kəsin karatinə alınması lazım idi.

Hazırda özümü yaxşı hiss edirəm. Daha çox enerji toplamaq və bəzi simptomların itməsi 3-4 gün çəkdi. Amma indi daha yaxşıyam”.

“Arsenal”da 14 günlük karantin müddəti bitməsinə rəğmən, məşqlərin bərpası təxirə salınıb. Klub rəhbərliyi hər kəsin evdə qalmasının indiki məqamda daha doğru olmasına qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"