
“Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold karyerasını İspaniyada davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, “Real" onun xidmətində maraqlıdır.
Bildirilib ki, futbolçu özü də Madrid təmsilçisinə keçməyə razıdır.
Onun hazırki klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. Ötən mövsüm müdafiəçi klubun heyətində 37 oyunda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.