“Əvvəllər asılı idim, özümü pis hiss edirdim, indi haqqımda istədiklərini desinlər”

31 Avqust 2023 10:00 İngiltərə 1 732
“Əvvəllər asılı idim, özümü pis hiss edirdim, indi haqqımda istədiklərini desinlər”

“Liverpul”un hücumçusu Darvin Nunyes maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, uruqvaylı futbolçu sosial mediada istifadəçilərin onun haqqında dediklərini görməzdən gəldiyini bildirib:

“Əvvəllər sosial mediadan asılı halda yaşayırdım və özümü pis hiss edirdim.

Azarkeşlər yenə məni tənqid edirlər, lakin mən indi bunu görmürəm, səssizcə işləyirəm. İnsanlar haqqımda istədiklərini desinlər. Sakit qalmağa davam edəcəm”.

Nunyes 2023/24 mövsümündə “qırmızılar”ın heyətində İngiltərə Premyer Liqasında 3 oyunda 2 qol vurub.

Mersisayd təmsilçisi İngiltərə çempionatının turnir cədvəlində 7 xalla 4-cü pillədə qərarlaşıb. Onlar növbəti turda evdə “Aston Villa”nı qəbul edəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR